Rusiya MN Qarabağdakı atışma ilə bağlı MƏLUMAT YAYDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin 7 iyul tarixinə olan fəaliyyəti ilə bağlı məlumatnda deyilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəsə ümumiyyətlə bütün təmas xəttində hörmət edilir”, – deyə nazirlikdən bildirilib.

Məlumata görə, Rusiya sülhməramlıları bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

“Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, biri Şuşa – Qırmızı Bazar- Qacar marşrutu boyunca və biri əks istiqamətdə”.

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:




“Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirirlər. Gün ərzində ərazinin 3 hektarı təmizlənib.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.

Qeyd edək ki, Rusiya MN-in açıqlamasında iyulun 6-da erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulması barədə aşağıdakı qeyd yazılıb:

“Eyni zamanda, 6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd – red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır”.

Xatırladaq ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. (“Modern”)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp