Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
“Səfirlərin səfəri” məsələsinə demək olar ki, cəmiyyətimizin əksər hissəsi münasibət bildirsə də, “Hələ də bu mövzunu qabartmağa dəyərdimi” sualı açıq qalır. Ermənistan XİN Şuşaya səfər etmiş səfirlərin təmsil etdikləri ölkələri qınaması ilə həmişə olduğu kimi “yüksək professionallıq” nümayiş etdirdi.

Publika.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.




Politoloq əlavə edib ki, bununla da Ermənistan Şuşaya getməkdən “imtina etmiş ölkələri” pis vəziyyətdə qoydu: “Bəs bu ölkələrin səfirləri nə üçün bu mənasız qınağa reaksiya verirlər? – “Biz səfirlərimizin iş qrafiklərinə nəzarət etmirik…”

Əvvəla, belə münasibət diplomatiyada nəsə yeni və qeyri-adi bir izahdır. İkincisi, əgər belədirsə, onda buyurun, akkreditasiya olduğunuz ölkənin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə, qonşu ölkənin mövqeyinə də münasibətinizi birmənalı şəkildə ortaya qoyun. Axı bu prinsiplər ölkələr arasındakı münasibətləri müəyyənləşdirən təməl daşlarıdır! Axı diplomatik münasibətlərin qurulması üçün verilən notalar məhz bu prinsiplərə əsaslanır. Yox, əgər bu “susqunluq” davam edəcəksə, fikrimcə, heç olmasa ictimaiyyətimiz də bu məsələni görməzlikdən gəlməyə davam etməlidir”.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir