Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
“Milan”ın yarımmüdafiəçisi Hakan Çalhanoğlunun karyerasını “İnter”də davam etdirəcəyi təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə A Seriyasının son çempionu olan klub tərəfindən rəsmi məlumat yayılıb.




27 yaşlı türkiyəli oyunçunun “Milan”la müqaviləsi bu ayın sonunda başa çatır. O, azad agent kimi son İtaliya çempionunun heyətinə qatılacaq.

Çalhanoğlu ilə yeni klubu arasında üç illik müqavilə bağlanıb. Futbolçunun məvacibi isə ildə 5 milyon avro, üstəgəl 1 milyon avro bonus təşkil edəcək.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir