Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıblar.

Güləşçimiz Murad Haqverdiyev (57 kq) ilk görüşdə türkiyəli rəqibinə uduzub.

Millimizin üzvü Sabir Cəfərov (65 kq) təsnifat mərhələsində Slovakiya idmançısını vaxtından əvvəl məyus edib. Həmyerlimiz daha sonra Fransa təmsilçisinə eyni aqibəti yaşadıb. Dörddəbir finalda Türkiyə güləşçisi üzərində də böyük hesablı qələbəyə sevinən S.Cəfərov yarımfinala yüksəlib. Rusiyalı idmançıya məğlub olan S.Cəfərov bürünc medal uğrunda görüşə çıxacaq.




Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov yarışa Almaniya güləşçisi üzərində inamlı qələbə ilə start verib. T.Bayramov dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə növbəti dəfə qalib gələn T.Bayramov adını yarımfinala yazdırıb. Gürcüstan idmançısını da üstələyən T.Bayramov finala yüksəlib.

Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda rusiyalı rəqibinə məğlub olub. Zəfər Əliyev (97 kq) debütdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. Ancaq dörddəbir finalda Ukrayna idmançısı ilə bacarmayıb.

Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 29-da keçiriləcək.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı