Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib

xxx

20:00




Şüvəlan çimərliyində boğulma hadisəsi olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı