Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İrəvan sərhəddəki gərginliyə görə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair üçtərəfli komissiyasının işini dayandırıb.

Paşinyanın müavini Qrioqoryanın dedikləri göstərir ki, Ermənistan sərhəd məsələsinin istədiyi kimi həlli olmadan komissiyanın işini bərpa etməyəcək.

Üçtərəfli komissiyanın yaradılması 11 yanvar Moskva bəyanatında əks olunub. İrəvanın üçtərəfli razılaşmanı pozmasının birdən çox hədəfi var.

Birincisi, seçkiöncəsi demarş edir;

Paşinyan Azərbaycanın sərhəddə təxribata cəhd edən 6 erməni diversantı saxlamasından sonra Bakı ilə masada əyləşməyin seçkiöncəsi erməni cəmiyyətinin qəzəbinə səbəb olacağını anlayır və komissiyanın fəaliyyətini birtərəfli qaydada dayandırmaqla demarş etdiyini göstərir.

İkincisi, sərhədə “beynəlxalq müşahidəçilərin gətirilməsi” təklifinin qəbul edilməsidir;

İrəvan sərhəd məsələsinin beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə həlli təklifini irəli sürdü, ardınca üçtərəfli komissiyanın işini sərhəd məsələsinə görə dayandırdığını açıqladı. Bununla Bakı və Moskvanı dilemma qarşısında qoymağa cəhd edir: komissiyanın fəaliyyətini bərpa etmək üçün sərhəd məsələsinin həlli lazımdır; sərhəd böhranının həlli üçün də beynəlxalq müşahidəçilərin gəlişinə razılıq verilməlidir;

Burada Ermənistanın Moskva razılaşmasını pozmasına Rusiyanın gözlənildiyindən daha yumşaq reaksiya verməsi diqqət çəkir.

Moskva əslində Vaşinqtonun planı olan müşahidəçi məsələsinin üzərinə indi – Bayden-Putin görüşündən öncə getmək istəmir və bu məsələyə liderlərin görüşündə qərar veriləcəyi gözləniləndir. Görüşdən sonra rusların “beynəlxalq müşahidəçi” təklifinə qəbul edəcəkləri istisna deyil.publika.az

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir