Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata əsasən, təqribən 1 ha sahədə quru ot, kol-kos və təkər tullantıları yanır.

xxx




19:39

“112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir