Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daxili İşlər Nazirliyi ötən gecə Binəqədi rayonu Novxanı bağlar massivində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Publika.az-a bildirib ki, hadisəni törədən “Range Rover”in Ələsgər Əliyev tərəfindən idarə edilməsi ilkin məlumat olub. Sonrakı araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoşluq vəziyyətində olub: “Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev istintaqa cəlb edilərək həbs olunub”.

*****

10:30

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.




Publika.az xəbər verir ki, saat 01 radələrində Binəqədi rayonu – Novxanı bağlar yaşayış massivində Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi 90 CO 002 dövlət qeydiyyat nişanlı “Range Rover” ilə Murad Ziyadovun sürdüyü 99 ZL 837 dövlət nömrə nişanlı “Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə Murad Ziyadov və sərnişinləri, 1999-cu il təvəllüdlü Şıxəliyev Elman Süleyman oğlu, Yunis Mürsəlov Kamran Əhmədov hadisə yerində ölüb.

Hadisə zamanı “Range Rover”i sürən Ələsgər Əliyev və sərnişini Elşad Kərbalayev yüngül xəsarət alıb. Onlar xəstəxanada müayinə edildikdən sonra saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilib.

Qeyd edək ki, qəzanı törədən avtomobil Elşad Kərbalayevə məxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Muxtar

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir