Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Sevda Kazımova və Əməkdar artist Ruhəngiz Allahverdiyeva mərhum müğənni Aslan Hüseynovun qəbrini ziyarət ediblər.

Publika.az istinadən xəbər verir ki, 53 yaşında avtomobil qəzasında dünyasını dəyişən ifaçının bu gün 40 mərasimidir.

Qeyd edək ki, A.Hüseynov mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Müğənninin idarə etdiyi “BMW” markalı avtomobil qarşıda hərəkət edən “KamAz” markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub.




Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub. O, Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

A.Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub, 2021-ci il mayın 4-də Azərbaycanda vəfat edib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı