Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
“”Ermənistan” bloku saxtakarlıqla bağlı 200 000 səsin toplanması ilə məşğuldur”.

Publika.az “Yerevan Today”a istinadla xəbər verir ki, bu barədə blokun üzvü, vəkil Robert Ayrapetyan öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki,”Ermənistan” bloku səsvermənin nəticələrini etibarsız hesab etmək tələbi ilə iyulun 2-dək Konstitusiya Məhkəməsinə müraciət edəcək:

“Pasportlara, əsgərlərə, mobil qruplara aid bir sıra faktiki halları nəzərə alaraq, 200 000 səsin toplanması il məşğul oluruq. Bu göstərici seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərir. Hazırlanan bəyanatda yol verilmiş saxtakarlıqlarla bağlı dəlillər təqdim olunacaq. Təəssüf ki, onlar MSK tərəfindən tam və obyektiv öyrənilmədi”

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb.




Verilən məlumata görə, Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.91, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 21.9%-ni toplayıb.

“Yekun nəticələrə görə, 687 761 (53.91%) seçici “Vətəndaş sazişi”nə, 269 481 (21.9%) nəfər isə Ermənistan blokuna səs verib” deyə MSK sədri Tiqran Mukuçyan bildirib.

Paşinyanın partiyası və Koçaryanın blokundan əlavə, səslərin 5,22%-ni qazanan üçüncü prezident Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Şərəf duyuram” bloku da parlamentə daxil olub.

Hüseyn

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı