Bakıda restoran icarədarı 4000 manat cərimələndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Publika.az xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən Trend-ə təsdiqləyiblər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp