Paşinyandan SON DƏQİQƏ AÇIQLAMASI: Azərbaycana minalanmış ərazilərin…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

Müstəqil.az  Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.




O bildirib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi xəritələrin kiçik hissəsidir: “Qeyd etmək istəyirəm ki, dekabr ayında xəritələr mübadiləsini etdik və bunlar bizim mövqelərimizdəki minalanmış sahələrin xəritələri deyil, Azərbaycanın (minalanmış ərazilərinin – red) xəritələridir”.

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp