Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri vəfat edib.

Publika.az universitetin mətbuat xidmətinə istinadən xəbər verir ki, departament müdiri Nuru Səfərovun ölümünə səbəb insult olub.



Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub və 1983-cü ildə Bakı şəhəri 1№-li fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirib. 1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinə radiofizika fakultəsinə qəbul olub, 1988-ci il oranı radiofizika və elektronika ixtisası üzrə bitirib. 1988-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Fizika İnstitutunun “Registr” xüsusi konstruktor bürosunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1990-1994-cü illər ərzində Fizika İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1997-ci ildə “Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Yarımkeçiricilər fizikası sahəsində mütəxəsis olaraq, silisium günəş elementlərinin üzərinə müxtəlif tərkibli şəffaf optik təbəqələrin çəkilməsi texnologiyasını işləyib hazırlayıb, bir və iki təbəqəli silisium günəş elementlərinin effektivliyinin artım mexanizmini, şəffaf təbəqələrin elementlərin radiasiyaya qarşı davamlılığına təsirini tədqiq edib. 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi var, o cümlədən 5 ixtira müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp