Venera necə cəhənnəmə çevrilib? – Qırmızı planetdə YENİ MİSSİYA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
NASA onilliklər boyu başqa planetləri araşdırdıqdan sonra Yer kürəsinə ən yaxın, lakin bəlkə də ən az araşdırılan və qiymətləndirilən qonşumuz olan qırmızı-isti Veneraya qayıdır.

Musteqil.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “SBS” kanalı məlumat yayıb.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yeni rəhbəri Bill Nelson Günəş sisteminin ən isti planetinə iki yeni uçuş həyata keçirildiyini açıqlayıb:




“Bu iki missiya Veneranın səthindəki qurğuşunu əritməyə qadir cəhənnəm dünyasına necə çevrildiyini anlamağı hədəfləyir”.

“DaVinci Plus” adını daşıyan missiya Veneranın buludlu atmosferini analiz edərək planetin bir okeana sahib olub-olmadığını və yaşana biləcək yerin olub-olmadığını müəyyən edəcək. Kosmik aparat qazların təzyiqini ölçmək üçün Veneranın atmosferində dolaşacaq.

“Veritas” adlı başqa bir missiya planetin səthini xəritələşdirərək geoloji yaşını müəyyən etməyə çalışacaq. Bu, ABŞ-ın 1978-ci ildən bəri Veneraya göndərəcəyi ilk missiya olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp