Azərbaycan bu məsələni beynəlxalq qüvvələr qarşısında qaldıracaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan işğaldan azad olmuş ərazilərdə mülki şəxslərin gediş-gəlişinə daha çox diqqət etməlidir. Çünki görürük ki, öz vəzifəsini yerinə yetirən insanlar bu minaların qurbanı olur.

Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Əvəz Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan yaxın zamanlarda beynəlxalq qüvvələr qarşısında bu məsələni qaldıracaq: “ Azərbaycan Avropa Şurası, Avropa İttifaqı və BMT-nin müvafiq strukturları qarşısında jurnalistlərlə bağlı məsələni qaldıracaq. Xüsusilə öz vəzifəsini yerinə yetirən şəxslərin minalardan həlak olması faktını qabardacaq. Avropa İnsan Hüquqları Məhkəməsinə inadlı şəkildə müraciət edilməsi bunun bir əlamətidir”.




Hüquq müdafiəçisi qeyd edib ki, bir müddətdən sonra Azərbaycan hökuməti BMT-nin strukturlarına da müraciət edəcək ki, Ermənistan həmin o xəritələrin verilməsində tələssin: “Bütün dünyada minalar əlehinə kampaniyalar var. Azərbaycan da həmin kampaniyalara qoşulmalıdır. Maraqlı olmalıdır ki, beynəlxalq təşkilatların, nüfuzlu insanların təcrübəsindən istifadə edərək haqq səsimizi çatdırıb, o kampaniyalarda Azərbaycan da minalanmış ərazilərin vəziyyəti ilə bağlı fikirlər səsləndirsin”.

Rahib Ələsgərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp