Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tacikistanın dağlıq bölgələrində yağan güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 7 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb.

Sel qurbanlarının ölkənin Hatlan, Kulyab və Hisar bölgələrindən olduğu bildirilir. Çox sayda evə və infrastruktur tikintisinə ziyan dəydiyi və xilasetmə qruplarının fəlakət bölgələrində işlərinə davam etdiyi qeyd edilib.




Məlumata görə, təbii fəlakətin vurduğu zərəri müəyyənləşdirmək və aradan qaldırmaq üçün Prezident Emoməli Rəhmonovun göstərişi ilə Baş nazir Kahir Rəsulzodanın sədrliyi ilə hökumət komissiyası yaradılıb. Axtarış və xilasetmə işləri davam edir.

Qeyd edək ki, Tacikistan torpaqlarının 93 faizi dağlıqdır, buna görə də yaz və payızda baş verən sel və sürüşmə insan tələfatına səbəb olur.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir