Müstəqil.az Xəbəral.aza istinadən xəbər verir ki, icra başçısı Sevindik Hətəmov, Salyan rayon Şorsulu kəndi ərazisində yerləşən Böyük Vətən Müharibəsi şəhidlərinin abidəsini sataraq qazanc əldə edib.
Belə ki, Şorsulu kəndində yerləşən abidənin ətrafı dağıdılaraq, obyekt yeri kimi yüksək çinli məmura baha qiymətə satılıb.

Mənbə iddia edir ki, həmçinin icra başçısı abidənin ətrafında yerləşən sərnişin dayanacağını belə yerli-dibli dağıtdıraraq, obyekt sahibinə verib.
Sevindik Hətəmov Salyan rayonunu şəxsi obyekti kimi istifadə edir və istədiyi abidəni həmçinin tarixi yerləri dağıtdıraraq həmin ərazini satılığa çıxarır.

Çox güman ki, həmin ərazini icra başçısı, bələdiyyə sədri və icra nümayəndəsinin əli ilə satıb

Xatırladaq ki, məlumatı Səlyandan olan sosial şəbəkə istifadəçiləri yayıb.

Sizlərə təqdim edəcəyimiz şəkillər Salyan rayonu Şorsulu kəndinin ərazisində çəkilib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı