Heç kəsə sirri deyil ki, dövlət proqramına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən 2003-cü ildə Füzuli rayonu “Qaydış”- 11saylı qəsəbəsində məskunlaşma prosesi aparılmışdır.
Həmin qəsəbədə bütün inzibati resurslar (məktəb, bağça, poçt, həkim məntəqəsi və JEK) nəzərdə tutulmuş layihəyə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən köçkünlərin istifadəsinə verilmişdir. Lakin az müddət keçdikdən sonra həmin qəsəbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən təhvil verilmiş məktəb çökmüşdür. Sonradan həmin məktəb yenidən dövlət proqramına salınaraq bərpa edilmişdir. Yəqin ki, çökmüş məktəb binasının özülü və təməli möhkəm qurulsaydı, hər halda çökməzdi. Deməli, ortada mənimsəmə – ciddi korrupsiya cinayəti faktı mövcuddur. Bu cür faktların cinayət təqibi orqanları tərəfindən araşdırılması olduqca zəruridir. Çox qəribədir ki, həmin məktəb 2019-2023-cü illər üzrə Dövlət proqramına salınaraq yenidən tikilmişdir. Bu dəfə isə məktəbin tikintisi “Parlaq-N” MMC –yə həvalə edilmişdir. Tikinti işlərini tender və ya köçürmə yolu ilə adı çəkilən “Parlaq-N” MMC şirkəti 2019-cu ildə natamam olaraq istifadəyə vermişdir. Görünən odur ki, bu dəfədə icra başçısı Alı Alıyev korrupsiya maxinaysiayını adı “Parlaq-N” MMC olan, lakin və ancaq heç də parlaq işlərlə deyil, qaranlıq işlərlə məşğul olan şirkətlə həyata keçirir.
Bu xüsusda bizi bilgiləndirən mənbə iddia edir ki, görülən işlər layihəyə uyğun aparılmamış və Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət şöbəsi tərəfindən bina təhvil təslim olaraq qebul edilmədən istifadəyə verilmişdir. Layihədə nəzərdə tutlmuş tikinti işlərinin bir çoxunda tamamlama baş tutmadan məktəb kollektivi tərəfindən istifadədir. Bûtün qanunsuz tələblərin başıda icra başçısı şəxsən rəhbərlik edir.
Etibarlı mənbələrdən aldığımız məlumata əsasən dövlət proqramına salınmış Füzuli rayonu Qayıdış -11 qəsəbəsində 8 nomrəli 360 şagird yerlik tam orta məktəbi 4 korpusdan ibarətdir-A,B,C,D. Bundan əlavə layihədə nəzərdə tutulmuş 150 kub metr həcminə malik olan 2 ədəd su anbarı da tikilmişdir. “Parlaq-N”MMC-nin layihəyə uyğun olaraq, dövlət proqramına salınmış və sifarişli şəkildəTəhsil Nazirliyi tərəfindən verilmiş 8 saylı Qayıdış qəsəbəsinin tam orta məktəbini tikib qurtardıqdan sonra kimə təhvil vermişdir???
Ölkədə bütün tikintilərə Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsinin rəyi olmadan istifadəyə verilməsi qadağn olunduğu halda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bir zəngi ilə istifadəyə verilir. Hal-hazırda da istifadəsi təmin olunsada belə Fövqəladə Hallar Nazirliyinin tikintiyə nəzarət şöbəsi ilə akt bağlanmamışdır. Rayon ərazisində nə olur olsun başçı dedi əməl olunmalıdır prinsipi ilə idarə olunur. Belə görünür ki, qanunlara necə əməl olunub, olunmaması Alı Alıyevin bir zəngində asılıdır. Artıq qanun özünün sərt üzünü Alı Alıyevə göstərməyin zamanıdır.dosye.org

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir