Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi və Nazirlik yanında İctimai şura üzvlərinin iştirakı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib. Müsabiqənin keçirilməsində məqsəd yanğından mühafizə bölmələrinin şəxsi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbulunda bölmələrin peşə və taktiki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Baxış müsabiqəsində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun yanğından mühafizə bölmələri komandalar şəklində iştirak edib. 27 komandanın iştirak etdiyi baxış-müsabiqədə birinci yerə DYMX Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 2 nömrəli Yanğından Mühafizə Bölməsi, ikinci yerə Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin 5 nömrəli Yanğından Mühafizə Bölməsi, üçüncü yerə isə Səbail rayon Yanğından Mühafizə Hissəsinin 26 nömrəli Yanğından Mühafizə Bölməsi layiq görülüb.




Qaliblər FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir