Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Publika.az xəbər verir ki, İngiltərənin “Çelsi” komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb.

“Zadəganlar” finalda “Mançester Siti” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. “Çelsi” isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.

xxx

00:13




İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk yarı başa çatıb.

Publika.az xəbər verir ki, 42-ci dəqiqədə Kay Havert hesabı açaraq, “Çelsi”ni önə çıxarıb – 1:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

xxx

23:00

UEFA Çempionlar Liqasında İngiltərənin “Çelsi” və “Mançester Siti” komandaları arasındakı final oyunu start götürüb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir