Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Əməkdar mühəndis”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin eks-müşaviri, Yeni Azərbaycan Partiyasının “Meliorator” ilk təşkilatının sədri Akif Mustafayev vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov məlumat verib. O bildirib ki, A. Mustafayev koronavirusdan dünyasını dəyişib.




D. Şərifov qeyd edib ki, Akif Mustafayev 1 ildir ki, müşavir vəzifəsindən çıxıbmış: “O, öz ərizəsiylə işdən ayrılmışdı. Son 3 aydır ki, koronavirusdan əziyyət çəkirdi. Süni tənəffüs aparatına qoşulu vəziyyətdə idi”.

Qeyd edək ki, 67 yaşlı A. Mustafayev uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir