Penitensiar xidmətin əsgəri özünü xidməti silahıyla öldürdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.




Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp