COVID-19-dan sağalanların 70 faizində… – XƏBƏRDARLIQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

COVID-19 infeksiyasına məruz qalanların çoxu sonradan post-koronavirus sindromu ilə qarşılaşır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur həkim, toksikoloq Aleksey Vodovozov bu barədə mühüm açıqlama verib.

Həkim COVID-19-dan sağalanların 25-70 faizində virusun bəzi simptomlarının qaldığını açıqlayıb: “Testin cavabı neqativ olsa da, antikorlar normala dönsə də, insanların çoxunda post-koronavirus sindromuna çevrilən iyirmidən çox müxtəlif simptomlar var. Bu sindrom yorğunluq və zəifliklə ifadə olunur. Eyni zamanda, xəstələnmiş insanın qəfildən enerjisi tükənir və artıq funksiyalarını yerinə yetirə bilmir. Bərpa dövrü tədricən gedir. Buna kiçik gəzintilərlə başlaya bilərsiniz: 500 metr, 1000 metr, ən çox 3 kilometr”.




Ağciyərləri bərpa etmək üçün həkim sadə məşqlər yerinə yetirməyi tövsiyə edib.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp