Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
İmsakda zülalı çox olan, yağlı və mürəkkəb karbohidratlara üstünlük verin. Şiriniyyat yeməməyiniz məsləhətdir. Çünki şiriniyyatlar, koffein sidikqovucudur, su itkisi yaradacaq. Həm də şiriniyyatlar insanı acdırır. İnsulin ifrazını artırır, qanda qlükoza tez müddətə aşağı düşür. Kimsə imsakdan bir neçə saat sonra aclıqdan əsirsə, başı gicəllənirsə, tərləyirsə çox güman ki, şiriniyyat yeyib.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim enestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, imsaka durmamaq ciddi fəsadlara gətirib çıxara bilər:




“Bəzən arıqlamaq istəyənlər daha güclü kalori defisiti yaratmaq üçün imsakda heç bir qida qəbul etmirlər. Ya da imsak üçün yuxudan dura bilmirlər, bir də iftarda yemək yeyirlər. Bu, qəti yol verilməzdir, sağlamlıq üçün təhlükəlidir. Ac qalma müddəti bu zaman çox uzanmış olur, həm insanın immuniteti düşür, infeksion xəstəliklər və hətta xərçəng riski artır. Çünki immun hüceyrələri enerjisiz qalarsa işlərini görə bilmirlər. İmsakda qida qəbul etmədən oruc tutma zamanı bədən güclü stressə məruz qalır, insan fövqəladə hal rejiminə keçir. Baş beyini qlükoza ilə təmin etmək üçün, bədənin digər hüceyrələrinə qlükoza girişini dayandırmaq məqsədilə insulinə qarşı davamlılıq yaranır. Bu isə şəkərli diabet riskini artırır. Ona görə imsakda normal qidalanın”.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir