Ölkə səhiyyəsində təmizləmə işləri uğurla davam edir. Bu barədə dosye.org-a açıqlama verən səhiyyə işçisi bildirir ki, vətəndaşlar həkimlərimizdən, ümumiyyətlə səhiyyə işçilərimizdsən heç də razı deyil.

Son həbslər bir daha sübüt edir ki, səhiyyə sistemində rüşvətxorluq, özbaşınalıq və digər maxinasiyalar geniş füsət alırmiş. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ən çox narazı qaldığı sahə elə səhiyyədir. Əslində, problemlər baş həkimlərin özbaşınalıqları ilə bitmir. Nədir problemin kökündə duran vacib məsələ?

Elə götürək Milli Onkologiya Mərkəzini.

Bir faktı nəzərinizə çatdıraq ki, regionlardan gələn xəstələrin əksəriyyəti Milli Onkologiya Mərkəzinə müraciət edir. Mərkəzdə isə nələrin baş verdiyini seyr etməklə kifayətlənmək olmur. Milli Onkologiya Mərkəzində rüşvət mexanizimi elə yüksək şəkildə həyata keçirilir ki, ümüd yalınız Ulu Tanrıya və Kamaləddin Qafarova qalır.

Yox, əgər vəsait tələb olunan məbləği təmin edirsə, onda K. Qafarovaya ehtiyac duyulmur. Zaman-zaman ölkə mətbuatı səhiyyə sistemində baş verən xoşagəlməz hadisələri ictimaişlədirib, ən pis halda aidiyyətli qurumları məlumatlandırıb. Necə deyərlər “sən saydığını say, gör fələk nə sayır”.

Görünən tərəf odur ki, Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kamaləddin Qafarov mərkəzsdə biznes qurub. Açıq şəkildə rüşvət tələb etmə və digər özbaşınalıqlar əlbətdə ki, yuxarıdan olunan göstərişdir. Sıravi həkim kollektivi heç bir zaman cəsarət etməz ki, mərkəzin “qanunlarından” kənar addım atsın. Əlbətdə ki, bütün neqativ halların baş vermə səbəbi araşdırılmalıdır. Qeyd etdiyimiz nöqsanlar Milli Onkologiya Mərkəzinin rəhbərliyi tərəfindən qəbul edilməsə, deməli bütün xoşagəlməz hadisələrə bir başa özü nəzarət edir. Yox, əgər həqiqətəndə məlumatsızdırsa deməli rəhbərlikj səlahiyyətlərini icra edə bilmir.

Bir maraqlı məqamı vurğulamaq istəyirik ki, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev öz müavininə etibar edir və inanır. Etibardan sui-istifadə etmək isə heç bijr halda qəbul edilmir və bağışlanılmır. Onu da nəzərinizə çatdıraq ki, baş direktor C. Əliyev ölkə başçısı cənab İlham Əliyevin xalası oğludur.

Mövzüya yenidən qayıdacayıq.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir