Bu, ABŞ-ın Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Amerika Birləşmiş Ştatları Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatından sonra sözügedən ölkənin dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefonla zəng etməsi Birləşmiş Ştatların Azərbaycanla əlaqələrə önəm verməsinin göstəricisidir.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

V.Bayramovun sözlərinə görə, rəsmi məlumatda bildirilir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib: “Həmçinin enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Eyni zamanda, Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib”.

Deputat vurğulayıb ki, Birləşmiş Ştatların Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin yarıdan çoxu Azərbaycanın payına düşür: “Belə ki, ABŞ-ın Cənubi Qafqazın 3 ölkəsi ilə illik ticarət dövriyyəsi 1 milyard 485 milyon dollardır. Bunun 791,8 milyon dolları Azərbaycanın, 541 milyon dolları Gürcüstanın və 152 milyon dolları Ermənistanın payına düşür. Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz ilə ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Göründüyü kimi, ölkəmiz aparıcı Qərb ölkələrinin regionda ən böyük iqtisadi tərəfdaşıdır”.




Millət vəkili əlavə edib ki, digər tərəfdən, ABŞ-ın əsas mütəffiqlərindən olan Avropanın enerji təhlukəsizliyinin formalaşmasında Azərbaycanın rolu artmaqdadır: “Son 3 ayda Azərbaycan İtaliyaya mavi qaz ixracatını 77 faiz artırıb və bütövlükdə bu il ölkəmizdən “qədim qitəyə” 5 milyard kubmetr mavi qaz nəql ediləcək. Yaxın illərdə həmin rəqəm 2 dəfə artacaq. İkinci mərhələdə isə bu, illik 20 milyard kubmetrədək yüksələcək.

Qərb ölkələri ilə iqtisadi və ticari əlaqələrin inkişafı ilə yanaşı təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Dövlət katibi Entoni Blinken ilə söhbətdə Azərbaycan Prezidenti bu günlərdə ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

Bu isə Azərbaycan üçün Türkiyənin nə dərəcədə vacib tərəfdaş və əziz qardaş olduğunun göstəricisidir”.

Akqabay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp