ABŞ-da peyvənd pasportları tətbiq edilməyəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ rəhbərliyi ölkədə koronavirusla bağlı peyvənd pasportları tətbiq etmək niyyətində deyil”.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hökumət nə indi, nə də gələcəkdə vətəndaşlardan peyvənd pasportu gəzdirməyi və ya sahib olmalarını özündə əks etdirən bir sistemi dəstəkləməyəcək:





“Heç bir vahid federal peyvənd bazası olmayacaq. Bu cür pasportların hazırlanması təşəbbüsü ABŞ-da özəl şirkət tərəfindən irəli sürülüb. Bu özəl və qeyri-kommersiya sektorları tərəfindən nəzərdən keçirilir”.

Psaki əlavə edib ki, vətəndaşların hüquqlarının qorunması baxımından bu sistemin tətbiq edilməsi yolverilməzdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp