Suriyada terror aktı planlaşdıran qadınlar zərərsizləşdirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Təhlükəsizlik qüvvələri Suriyanın şimalında Afrin regionunda sıx məskunlaşmış rayonda partlayış planlaşdırmış PKK/YPG-nin iki terrorçusunu zərərsizləşdirib.

Publika.az Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriya ilə Hatay əyaləti administrasiyasının xəbərində deyilir.

Məlumata görə, cinayətkarların zərərsizləşdirilməsi üzrə əməliyyat yerli vaxtla saat 16:30-da keçirilib.





“Aprelin 1-də təxminən saat 16:30 keçirilən əməliyyat nəticəsində Afrində PKK/YPG terror təşkilatının mülki əhalinin cəmləşdiyi ərazidə partlayış təşkil etməyə hazırlaşan iki qadın üzvü zərərsizləşdirilib”, – xəbərdə deyilir.

Qeyd edilir ki, terror aktının qarşısı təhlükəsizlik qüvvələrinin ayıqlığı sayəsində alınıb.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp