Prezident Administrasiyasının keçmiş şöbə müdiri, prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov yeni mərkəz yaradıb.

Bu haqda məlumatı Demokrat.az yayıb. Sayt bildirir ki, Əli Həsənovun yaxın kadrları hesab olunan Gülsel Səfərova, Bəhruz Həsənov və Cəmaləddin Quliyev hazırda Sahil metrosunun üstündə yerləşən biznes mərkəzində bir araya gəliblər. Qeyd edilir ki, bu biznes mərkəzi birbaşa Əli Həsənova məxsusdur. Əli Həsənov binanı icarəyə verməklə sırf bu işdən külli miqdarda vəsait qazanır. O, hələ vəzifədə olduğu vaxtlarda Gənclər Fondunu da bu binaya köçürməyə müvəffəq olub. Ofis haqqı olaraq ayrılan pulları da məhz bu yolla mənimsəyib.

Məlumatlara görə adı çəkilən şəxslər burada yeni analitik mərkəz yaradıblar. Mərkəzin əsas məqsədi Əli Həsənovun yerli və xarici mətbuatda piarının aparılmasını, onunla bağlı işlərin yenidən qurulmasını təmin etməkdir. Bu istiqamətdə işlərin görülməsi üçün analitik mərkəz jurnalistlər üçün xüsusi tezislərin hazırlanması və ötürülməsi, bu tezislərin yayımlanması müqabilində pul ödənişinin həyata keçirilməsini icra edəcək.

Digər tərəfdən xaricdə fəaliyyət göstərən müxalif fəallarla yenidən əməkdaşlığın qurulması, korrupsiya faktlarına görə həbs olunmuş keçmiş məmurların müdafiəsi istiqamətində işlərin aparılması, maliyyələşdirilmə prosesində keçmiş məmurların yaxınlarından istifadə olunması da analitik mərkəzin əsas məqsədləri sırasına daxildir. Əli Həsənov özünə yaxın şəxslərə mərkəzin fəaliyyətini təşkil etmək üçün aylıq 40.000 manat məbləğində büdcə ayıracağını, bu vəsaitin bir hissəsinin icarədə olan obyektlərindən əldə olunan gəlirlər hesabına həyata keçiriləcəyini qeyd edib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir