Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Türk professor Mehmet Ceyhan ABŞ-ın “Moderna” şirkətinin uşaqların vaksinasiyası üçün mRNA texnologiyasına əsaslanan COVID-19 peyvəndi üzərində çalışdığını deyib.

Publika.az xəbər verir ki, professor uşaqlar üçün hazırda koronavirusa qarşı hansısa peyvəndin olmadığını bildirib.

“Uşaqlar üçün peyvənd hazırlamağın bəzi şərtləri var. Həmin vaksinin yetəri qədər istifadə edilməsi, tətbiq olunması lazımdır ki, nə qədər etibarlı olduğu təsdiqlənsin. Türkiyədə bu istiqamətdə hər hansı araşdırma yoxdur. ABŞ-da isə yalnız “Moderna” tədqiqat aparır. Bu cür məhsullar aparılan araşdırmaların nəticələrinə əsasən lisenziya əldə edir. Hər məhsula da lisenziya verilmir. Deyək ki, araşdırma gələn ayın sonunda bitəcək, şirkətlər bu araşdırmanın nəticələri ilə ölkələrin səhiyyə orqanlarına müraciət edir və dərhal icazələrini almağa başlayırlar”, – həkim əlavə edib.





M.Ceyhanın sözlərinə görə, gənclərin vaksinasiyaya münasibəti birmənalı olmayacaq:

“Gənclər və yetkin insanlar vaksinasiyadan yayınarsa, istədiyimiz hədəfə çata bilmərik. Bu da işimizi çətinləşdirir. Bunun üçün nazirlik proqramlar hazırlamalıdır. Cəmiyyətin 70-80 faizi inaktiv peyvəndlə qorunacaq. Hədəfimiz əhalinin 60 faizinin peyvəndlənməsidir. Kütləvi immunitetin yaranması üçün cəmiyyətin 80 faizi peyvəndlənməlidir. Yerdə qalan 20 faizi də uşaqlardır. Bütün cəmiyyətə yetəcək peyvənd istehsal edilməsi üçün çox böyük güc sərf etməliyik”.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir