Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin İzmir bölgəsində və Şimali Kipr Türk Respublikasında baş tutan əməliyyat-istintaq tədbirləri nəticəsində Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub 184 nəfərin qolları qandallanıb.

Publika.az-ın “Anadolu Ajansı”na istinadla verdiyi xəbərə görə, onlardan bir qismi terrorçu təşkilatın “imam”ları olub. Digərlərinin isə gizli şifrəli mesajlaşma proqramından istifadə etdiyi haqda əsaslı şübhələr yaranıb. Əməliyyat tədbirləri İzmirin 53 bölgəsində aparılıb.

Yaxanı ələ verən 184 nəfər şübhəli şəxsdən 39-nun Quru Qoşunları Komandanlığının, 97-nin Hava Qüvvələri Komandanlığının, 6 nəfərin isə Dəniz Qüvvələrinin mütəxəssisləri olduğu bildirilir.





Saxlanılanlar arasında 2 polkovnik, 7 mayor, 10 baş leytenant, 22 leytenant, 95 baş gizir də var.

Tural Turan

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı