Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya və Belarus üç savaş mərkəzi qurmaqla bağlı razılaşıb.

Publika.az-ın məlumatına görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu və Belarus Müdafiə naziri Viktor Xrenin Moskvada bir araya gələrək sözügedən mövzuda razılaşmanı imzalayıblar.

Razılaşma ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Belarusda bir, Rusiyada isə iki müharibə mərkəzi yaradılacaq.





Qərb ölkələrini özləri üçün təhlükə olaraq qəbul edən Belarus və Rusiya razılaşma ilə quracaqları mərkəzlərdən birini Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində yaradacaqlar.

Digər iki savaş tədris mərkəzi Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Rusiyanın Polşa sərhədindəki Kalininqrad bölgəsidir.

Akqabay

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı