Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün Real TV-nin yaranma günüdür.

Televiziyanın fəaliyyətə başlamasından üç il ötür. “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.

Ötən illər ərzində Real TV xəbər kanalı olaraq uğurlu fəaliyyət göstərib, eksklüziv xəbər və müsahibələr yayımlayıb.





Real TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Publika.az-ın kollektivi Real TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir