Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir