Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Publika.az-ın xəbərinə görə, M.Əliyevanın rəsmi “Instagram” hesabında yer alan təbrikdə deyilir:

“Əziz qadınlar!

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.





Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı