Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsrailin Baş naziri Binyamin Netanyahu İranı Oman Körfəzində ölkəsinə məxsus “Helios Ray” gəmisinə hücum etməkdə günahlandırıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, baş nazir bunu KAN dövlət radiosunun efirində səsləndirib.

“Şübhəsiz ki, bu, bir İran əməliyyatı idi. Hər şey aydındır. İran İsrailin əsas düşmənidir və mən bunu dayandırmaqda qətiyyətliyəm”, – “Times of Israel” hökumət başçısının açıqlamasından sitat gətirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden ilə söhbətində Amerika liderini İsrailin İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyinə inandırıb: “İranın müqavilə ilə və ya razılaşmadan nüvə silahları olmayacaq. Bunu da dostum Baydenə dedim”.





Qeyd edək ki, ötən həftənin cümə günü İngiltərənin Dəniz Ticarət Təşkilatı Oman Körfəzi sahillərində bir gəmidə partlayış olduğunu açıqlamışdı.

“Röyters” dənizin təhlükəsizliyi ilə məşğul olan İngiltərənin “Dryad Global” şirkətinə istinad edərək Səudiyyə Ərəbistanının Dammam limanından Sinqapura yola düşən “Helios Ray” gəmisindən bəhs edildiyini bildirib. Agentliyin məlumatına görə, gəmi Təl-Əvivdə yerləşən bir şirkətə məxsusdur və nəqliyyat vasitələrinin daşınması üçün istifadə olunur.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir