Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Sürətli arıqlamaq üçün səhər yeməyindən əvvəl az miqdarda kəpək yemək lazımdır.

Publika.az xəbər verir ki, bunu rusiyalı tibb elmləri doktoru, professor və nutritionist Aleksey Kovalkov deyib.

Onun sözlərinə görə, arıqlamaq istəyən insanlar ilk növbədə qida rasionundan azalmaya gedirlər: “Amma bu, əks təsir göstərir və nəticədə daha çox yeməyə başlayırlar. Yeməkdən əvvəl güclü aclığı yatıracaq bir məhsul var. Səhər günə kəpəklə başlamaq lazımdır. Çünki bu qida mədədə şişir və toxluq hissi verir. Bir ovuc kəpək yeyin və su için. Bu, sizə toxluq hissi verəcək və daha az yemək yeyəcəksiniz”.





Mütəxəssisin sözlərinə görə, pəhriz üçün ən yaxşısı tərəvəz və ya balıqdır. O, yatmazdan əvvəl kefir içməyin inanıldığı qədər faydalı olmadığını söyləyib.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir