Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyi bu gün axşam saatlarında Gəncədə baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda “Chevrolet” markalı minik avtomobili və “İsuzu” markalı şərnişin avtobusu toqquşub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.




By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı