Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələ martın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Palatanın sədr müavini vəzifəsinə Nəsir İbrahim oğlu Sadıqovun namizədliyi irəli sürülüb.





Hesablama Palatasının auditorları vəzifəsinə isə Cavid Fazil oğlu Bayramov, Hilal Qorxmaz oğlu Hüseynov və Vəfa Allahverən qızı Mütəllimova namizəd göstərilib.

Qeyd edək ki, Hesablama Palatasının 7 auditorundan 4-ü – Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənov eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. İşdən ayrılanlardan biri – Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunmuşdu.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı