Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqı ölkələrində koronavirusla bağlı vəziyyət yenidən pisləşir.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib. O, dövlətləri vaksinasiya prosesini sürətləndirməyə çağırıb.

“Epidemioloji vəziyyət pisləşir. Odur ki, peyvəndlənmənin sürətini artırmaq niyyətindəyik”, – Leyen açıqlamasında bildirib.





Qərb mətbuatının yazdığına görə, Avropa İttifaqı ölkələrində vaksinasiya elə də uğurlu getmir. Blok ölkələrində dörd peyvənd rəsmi olaraq təsdiqlənib və digər istehsalçılar ilə danışıqlar aparılır, lakin istehsaldakı fasilələr peyvənd prosesini ləngidir. Bununla əlaqədar olaraq, mətbuatda Aİ-nin Rusiyadan “Sputnik V”nin alınması ilə bağlı danışıqlara başlaya biləcəyi barədə məlumatlar yayılıb.

Aytən Məftun

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir