Talıbov nazirlə görüşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov videokonfrans formatında keçirilmiş mərasimdə etimadnaməsinin surətini Perunun xarici əlaqələr naziri Allan Vaqner Tizona təqdim edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Publika.az-a bildirilib ki, görüş zamanı diplomat Perunun xarici əlaqələr naziri vəzifəsinə təyin olunması münasibətilə A.V. Tizonu təbrik edib.

Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən M.Talıbov ənənəvi dostluq ruhunda inkişaf edən bu əlaqələrin hər zaman ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykəndiyini vurğulayıb.





Ölkələrimiz arasında energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, habelə ticarət dövriyyəsinin artırılması üçün böyük potensial olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini söyləyən Allan Vaqner Tizon M.Talıbovu Peruya səfir təyin olunması münasibətilə təbrik edib və ikitərəfli əlaqələrin inkişafı istiqamətindəki gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp