Baydendən Azərbaycanın da daxil olduğu layihə ilə bağlı KRİTİK AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ prezidenti Cozef Bayden İngiltərənin Baş naziri Boris Conson ilə telefon danışığında “Bir kəmər, bir yol” layihəsini vurğulayıb.

Publika.az xəbər verir ki, Bayden demokratik dövlətlərin Çinin start verdiyi bu layihəyə bənzər formada təşəbbüslər göstərməli olduğunu tövsiyə edib.

“Yardıma ehtiyacı olan toplumlara yardım edilməsi məqsədilə “Bir kəmər, bir yol”a bənzər təşəbbüsün həyata keçirilə biləcəyini tövsiyə edirəm”,- Bayden jurnalistlərə açıqlamasında deyib.





Qeyd edək ki, layihə Azərbaycanı da yaxından maraqlandırır.

Çin Xalq Respublikası 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir.

Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp