Qətər – Azərbaycan oyununun hakimləri müəyyənləşdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
Martın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Publika.az FFA-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: İvan Kruzliak





Baş hakimin köməkçiləri: Tomaş Somolani, Branislav Hancko

Dördüncü hakim: Peter Kraloviç

Qeyd edək ki, Qətər milli komandası DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp