ÜST dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikorların olduğunu elan etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikor qazanılıb.

Publika.az xəbər verir ki, bu barədə ÜST-ün baş tədqiqatçısı Sumiya Svaminatan danışıb.

Onun sözlərinə görə, kütləvi immunitetə çatmağın yeganə yolu peyvənddir. Dünya Səhiyyə Təşkilatının Tvitter hesabında yayımlanan müsahibə zamanı Svaminatan bildirib ki, ÜST dünyanın müxtəlif şəhərlərində infeksiya ocaqları ilə bağlı araşdırmaları izləyir. Araşdırmaların bəziləri göstərir ki, təxminən yarısında antikor var.

“Təxminən 500 araşdırma aparılıb. Ümumiləşdirsək, dünya əhalisinin 10 faizinin bu virusa qarşı antikorları olduğunu demək olar. Eyni zamanda, əhalinin sıx olduğu bir sıra bölgələrdə cəmiyyətin antikor səviyyəsi 50-60% -ə çatıb. Bu bölgələrin sakinlərinə səyahət barədə xəbərdarlıq edilib, çünki kütləvi immuniteti aşağı olan ölkələrin sakinlərini yoluxdura bilərlər”, – o, bildirib.

Alim vurğulayıb ki, yer üzündə kifayət qədər insanda antikor yaranana qədər kovidin yayılmasına qarşı mübarizə üçün bütün təhlükəsizlik qaydalarına riayət edilməlidir.





Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp