Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə fotodakı optik illüziya ilə bağlı yayılan görüntülər istifadəçilər arasında mübahisələrə səbəb olub: istifadəçilər şəkildəkinin it, yoxsa kişi təsviri olması barədə müzakirələr aparıblar.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

​​​​​Bildirilir ki, istifadəçilərin bəziləri şəkildə qara it şəkli olduğunu desələr də, digərləri onun qaçan qara gödəkçəli kişinin arxadan görüntüsü olduğu barədə mübahisə ediblər.





“İti görə bilmək üçün eynək taxmalı oldum”, “Bu heyrətamizdir! Orada nə desən görmək olar, itdən başqa”, “Burada ümumiyyətlə insan fiqurunu necə görmək olar” – deyə şərhçilər mübahisə ediblər.

“The Sun” görüntünün bu qədər fərqli qəbul edilməsini şərh etmək üçün britaniyalı psixoloq Li Çembersə müraciət edib. O, şəklin necə qəbullandığının insanın ruhi vəziyyəti ilə əlaqəli olduğunu deyib.

“Əgər narahat, pessimist və ya inamsızsınızsa, böyük ehtimalla qaçan kişi görəcəksiniz. Amma əksinə, sakit və özünə inamlı bir vəziyyətdə olsanız, nikbin birisinizsə, böyük ehtimalla sevimli köpək və qarla örtülü gözəl bir mənzərə görəcəksiniz”, – deyə o, izah edib.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı