Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Bayden administrasiyası İranı yenidən məmnun etmək yolundadır. Bu, ABŞ və bölgə üçün bir fəlakət olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Co Bayden administrasiyasının İranla nüvə anlaşmasına qayıtmaq üçün göstərdiyi səylərə münasibət bildirərkən deyib.

İrana qarşı sanksiyaların tətbiq edilməsi halında müharibənin başlaya biləcəyi ilə bağlı onlara xəbərdarlıqlar edildiyini deyən Pompeo, buna baxmayaraq sanksiyaların tətbiq edildiyini, ancaq müharibənin olmadığını vurğulayıb.

ABŞ və İsrailin mənafelərini tam şəkildə müdafiə etdiklərini bildirən Pompeo, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəyi halda və ya Qolan təpələrini İsrail ərazisi olaraq tanıyacağı şəkildə müharibənin başlayacağı ilə bağlı xəbərdarlıq aldıqlarını, ancaq bunun baş vermədiyini də xatırladıb.





Keçmiş dövlət katibi İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında imzalanan İbrahim anlaşmalarının da sülhə hesablandığını qeyd edib.

ABŞ-ın eks-prezidenti Donald Trampın da bu gün vəzifədən getdikdən sonra ilk əhatəli çıxışı gözlənilir.

Akqabay

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir