Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Böyük ehtimalla bu vəzifəni müvəqqəti icra edən şəxs Nəcməddin Sadıkovun vəzifədən getdiyi ilk gündən təyin edilib”.

Bunu hərbi ekspert Ədalət Verdiyev müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin boş qalan vəzifəsinə aydınlıq gətirərkən deyib. Ekspert silahlı qüvvələrin strukturunda əsas vəzifələrin boş qalmasını mümkün hesab etmir:

“Orduda hansısa rəhbər, o cümlədən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad və ya təyin edilə bilər. Bu funksiyalar Ali Baş Komandanın kurasiyasına aiddir. Lakin düşünmürəm ki, hansısa vəzifəlinin bu və ya digər səbəblər üzündən vəzifədən azad edilməsi ilə həmin vəzifənin müvəqqəti icra edən şəxs təyin edilməsin. Bu döyüş hazırlıq səviyyəsini təyin edən bölmə komandirindən tutmuş birlik komandirinə qədər hər bir vəzifəliyə aiddir. Məsələn, hansısa yüksək vəzifəli şəxs, müvəqqəti olsa da, ölkəni tərk edir. Bu zaman onun ölkədə olmadığı müddətdə vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunur. Hətta bu müddət çıx qısa olsa belə… Burada isə artıq bir neçə aydır ki, Müdafiə Nazirliyinin rəsmi saytında Nəcməddin Sadıqovun adına rast gəlmirik”.





Ədalət Verdiyev hesab edir ki, sözügedən vəzifənin icrası müvəqqəti olaraq kiməsə həvalə edilib:

“Həmin şəxs yəqin ki, artıq vəzifəsini müvəqqəti icra etməkdədir. Təyinat isə Ali Baş Komandanın kurasiyasına aid olduğuna görə, buna detallı şərh vermək mənim funksiyama aid deyil”.

Qeyd edək ki, bir neçə aydır Müdafiə Nazirliyinin strukturundan Nəcməddin Sadıqovun adının çıxarılması ictimaiyyətdə suallar doğururdu. Müdafiə Nazirliyi isə açıqlama verərək Nəcməddin Sadıqovun hazırda orduda xidmət etmədiyini bildirib. (Qaynarinfo)

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir