Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Myanma internet provayderləri səlahiyyətli şəxslərin istəyi ilə “Facebook”un müxtəlif xidmətlərinə girişin qarşısını almağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin İnformasia Nazirliyinə istinadla məlumat yayıb.

“Hazırda “Facebook”dan istifadə edərək ölkənin sabitliyini təhdid edən insanlar yalan xəbərlər və dezinformasiyalar yaymaqla yanaşı insanlar arasında anlaşılmazlıqlara səbəb olurlar”, – deyə nazirlikdən bildirilib.

Qeyd edilib ki, bloklanma fevralın 7-nə kimi davam edəcək.





“Facebook”un sözçüsü Andy Ston Myanma səlahiyyətlilərindən ölkə vətəndaşlarını şirkətin sosial şəbəkələrinə girişini bərpa etməyə çağərıb:

“Myanma sakinlərinin ailələri və dostları ilə ünsiyyət qura bilməsi, əhəmiyyətli məlumatlara sahib olması üçün girişi bərpa etməyə çağırırıq”

Beynəlxalq “NetBlocks” qeyri-kommersiya təşkilatının məlumatına görə, Myanma istifadəçiləri “Instagram”, “WhatsApp” və “Messenger” tətbiqetmələrindən istifadə zamanı problem yaşayırlar. Bu xidmətlərin hamısı “Facebook”a məxsusdur.

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı