Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsrail ABŞ-dan 9 milyard dollarlıq müasir hərbi təchizat və döyüş təyyarələri alma planını təsdiq edib.

Publika.az xəbər verir ki, qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən təsdiq edilib.

Bu yolla Hərbi Hava Qüvvələrinin gücləndirilməsi planlaşdırılır.

Ölkənin KAN rəsmi agentliyinin məlumatına görə, Maliyyə Nazirliyi rəsmi Təl-Əviv planını maliyyələşdirmək məqsədilə ABŞ banklarından kredit götürməli olacaq. Bu da ABŞ tərəfindən İsrailə verilən illik yardımın azalması deməkdir. Buna görə də nazirlik plana qarşı çıxır.





Qeyd edək ki İsrail ABŞ-dan , F-35 və F-16 döyüş təyyarələri, bombalar və müasir silahlar almaq istəyir.

İsrailin ən böyük hərbi dəstəkçisi olan ABŞ 2018-ci ildə bu ölkəni 10 il ərzində 38 milyard dollarlıq hərbi yardımla təmin edəcəyini açıqlamışdı.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir