Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərə Rusiya və Çin peyklərinə “hücum” planlaşdırır.

Publika.az xəbər verir ki, İngiltərə Kosmik Komandanlığı müharibə olacağı təqdirdə düşmən peykləri yox etmək üçün təlimlər təşkil etməyi planlaşdırır.

“Daily Express” ölkənin Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbəyə istinadən verdiyi xəbərdə yeni qurulan Kosmik Komandanlığın döyüş dövründə Çin və Rusiyanın hərbi və kommunikasiya peykləri ilə mübarizəni hədəfləyən təlim missiyaları üçün yaxın zamanda “RAF Typhoon” döyüş təyyarələrini “kosmosun kənarına” yollaya biləcəyini yazıb.





“RAF Typhoon”ların 12 km hündürlüyə qalxaraq 6 km şaquli hərəkətə keçəcəyi bildirilib. Real döyüş vəziyyətində bu təyyarələrin düşmən hədəflərə anti-peyk raketləri (ASAT) ataraq bazalarına geri qayıtması proqnozlaşdırılır.

Zümrüd

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir